“Qarabağ”a transferi baş tutmadı, Braziliyada klub tapdı
07.07.2022 - 09:27
“Qarabağ”a transferi baş tutmadı, Braziliyada klub tapdı

“Qarabağ”a transferi son anda baş tutmayan Braziliyanın “Nautiko” klubunun futbolçusu Raldney istənilən halda klubunu dəyişmək niyyətindədir.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Avropa klubları başda olmaqla bir neçə ölkədən təklif alıb.

“Sambaçı”ya son təklif isə Braziliyadan gəlib. B seriyası təmsilçisi “Qremio” onu heyətinə cəlb etməkdə maraqlıdır. Futbolçu özü ailəvi səbəblərə görə vətənində qalmağı üstün tutur. Bu üzdən onun “Qremio”ya keçməsi daha inandırıcı görünür.

Raldneyin müqaviləsi bu ilin sonuna qədər olduğundan, “Nautiko” yanvarda onu havayı yola salmamaq üçün yay fasiləsində satmağa çalışır.

Qeyd edək ki, Raldneyin “Qarabağ”a keçidinin baş tutmamasına səbəb klubunun yüksək təzminat tələb etməsi və futbolçunun düşərgəyə gec qoşulmaq istəməsi olub.

writer photo
Əlirza Əlirzalı
0