Xabi Alonso "Bayer Leverkuzen"i tərk etməyəcək.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb.
42 yaşlı çalışdırıcı daha bir mövsüm "Bayer"də qalmaq istədiyini bildirib: “Gələcəyimlə bağlı çoxlu şayiələr gəzirdi. Beynəlxalq fasilədən düşünmək və qərar vermək üçün istifadə etmək istəyirdim. Keçən həftə çox yaxşı görüş keçirdim və növbəti mövsümü davam etdirmək qərarım barədə kluba məlumat verdim. Bura mənim üçün doğru yerdir. Əminəm ki, düzgün qərar vermişəm. Bu qərarımı paylaşmaq mənim üçün vacib idi. "Liverpul" və "Bayern"? Mən bu barədə şərh verməyəcəyəm. Mən bu klublara bağlıyam, amma indi olmaq istədiyim yerdəyəm”.
Xatırladaq ki, mətbuatda mövsümün sonunda Xabinin Leverkusen klubundan ayrılaraq "Liverpul" və ya "Bayern"ə keçəcəyi gözlənilirdi.