Nicat Abasov növbəti dəfə məğlub olub
19.04.2024 - 09:14
Nicat Abasov növbəti dəfə məğlub olub

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.

Apasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub - 0:1.

Abasov görüşə ağ fiqurlarla başlayıb.

Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla, rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.

writer photo
Əlirza Əlirzalı
0