Kvaratsxeliyaya yeni təklif
22.11.2023 - 13:04
Kvaratsxeliyaya yeni təklif

Xviça Kvaratsxeliya klubu ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzada bilər.

Apasport.az xəbər verir ki, "Napoli" gürcüstanlı vingerə maaşını illik 4 milyon avroya qədər artırılmasını təklif edib.

Müqaviləyə anlaşmanın 2029-cu ilə qədər uzadılması bəndi də daxil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 22 yaşlı gürcü futbolçu bu mövsüm A seriyasında 11 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0