Flik narazıdır: “Dünya çempionatında belə oyun qəbuledilməzdir”
18.11.2022 - 00:38
Flik narazıdır: “Dünya çempionatında belə oyun qəbuledilməzdir”

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik komandasının Omanla keçirdiyi yoldaşlıq görüşünü dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssis 1:0 hesablı qələbəyə baxmayaraq, oyundan məmnun qalmayıb.

O, xüsusən də, müdafiə xəttindən narazılığını bildirib: “Oman önündə komandanın müdafiədəki çıxışından razı deyiləm. Dünya çempionatında belə oyun qəbuledilməzdir. Daha çox hərəkət etməliyik. Amma digər tərəfdən hər futbolçu şüuraltı olaraq zədə almamağın qayğısına qalırdı”.

Qeyd edək ki, noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında Almaniya yığması İspaniya, Yaponiya və Kosta-Rika ilə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0