Millimizdən qollu heç-heçə
13.10.2024 - 21:09
Millimizdən qollu heç-heçə

Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşü keçirib.

Apasport.az xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-ci dəqiqədə Nihad Orucəli vurub.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk oyunda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.

writer photo
Əlirza Əlirzalı
0