Qurban Qurbanov: "Futbolçular hirslənirdilər"
30.10.2022 - 17:00
Qurban Qurbanov: "Futbolçular hirslənirdilər"

“Vacib qələbə qazandıq".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda “Şamaxı”nı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis "CBC Sport" telekanalına açıqlamasında bunları deyib: “Hesab arasındakı fərq böyük görünə bilər. Ancaq futbolçular əziyyət çəkdilər. Xüsusən də, meydanın durumu ilə bağlı çətinliklər oldu. İlk hissədə topu ram etmək olmurdu. Futbolçularımız istər-istəməz hirslənirdilər. Amma ümumən burada olmaq xoş idi".

writer photo
Əlirza Əlirzalı
0