Mourinyo özünü və Trapattonini fərqləndirdi
26.05.2022 - 09:49
Mourinyo özünü və Trapattonini fərqləndirdi

“Torino” üzərində 3:0 hesablı qələbədən sonra futbolçulara dedim ki, biz etməli olduğumuzu etdik və Avropa Liqasına vəsiqə qazandıq. Bu gün isə meydana işləmək üçün deyil, tarix yazmaq üçün çıxdıq və bunu bacardıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın baş məşqçisi Joze Mourinyo deyib.

Konfrans Liqasının ilk qalibi kimi tarixə düşən İtaliya klubunun çalışdırıcısı “Feyenoord” üzərindəki final qələbəsini dəyərləndirib: “Biz lap əvvəldən bilirdik ki, Konfrans Liqasının qalibi olacağıq. Getdikcə oyunlar daha çətin olurdu. Qalib adına “Marsel” və “Feyenoord” kimi güclü komandalar da iddia edirdi. Amma biz mükafata köklənmişdik və bu da bizə çempionatdakı xallar bahasına başa gəldi”.

Mourinyo gələcək karyerasından da danışıb: “Mən “Roma”da qalıram. Nə deyirlər-desinlər, bununla bağlı heç bir şübhə yoxdur. Mən Romada qalmaq istəyirəm. Klubun gözəl və təmiz sahibləri var, bu da tarix də davam etməlidir. Biz bu layihənin üzərində işləməyə davam etməli, növbəti mövsüm üçün inkişaf planını müəyyənləşdirməliyik. Bütün beynəlxalq titullar vacibdir. Yalnız mən və Covanni Trapattoni avrokubokları 5 dəfə qazanıb. Özümü qocatəhər hiss edirəm. Mən 2003-cü, 2017-ci illərdə də kubok qazanmışam. İndi qələbə və öz çimərliyimdə məzuniyyətdən həzz almaq istəyirəm”.
 

writer photo
Əlirza Əlirzalı
0