Hazarddan etiraf
20.02.2024 - 15:59
Hazarddan etiraf

Bir vaxtlar "Çelsi" və "Real" kimi klublarda çıxış edən Eden Hazard artıq çəkili olmasını etiraf edib.

Apasport.az  "Daily Mail"ə istinadla xəbər verir ki, o, ailəsi ilə birlikdə olmağı və rejimə ara verməyi xoşladığını  etiraf edib.

"Bu, doğrudur. Mən hər yay dörd və ya beş kiloqram çəki alırdım, çünki düşünürdüm ki, 10 ay ərzində çox çalışmışam, bədənimi ən yüksək səviyyədə saxlayıram” - deyə Hazard bildirib.

Ötən il oktyabrın 10-da 32 yaşlı Hazard sosial şəbəkələrdə karyerasını bitirdiyini açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0