Bonuççi İngiltərəyə köçür
06.07.2023 - 13:54
Bonuççi İngiltərəyə köçür

İtaliya "Yuventus"unun müdafiəçisi Leonardo Bonuççi karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, 36 yaşlı italiyalının agentləri artıq “Nyukasl” klubunun rəhbərliyi ilə görüşüb.

İlkin danışıqların müsbət nəticələndiyi və futbolçunun “Dumanlı Albion”a köçməyə yaxın olduğu bildirilir. Yüksək maaş aldığı üçün Turin klubunun da müdafiəçinin gedişini sürətləndirəcək. O, bir il ingilislərin şərəfini qoruduqdan sonra 2024-cü ildə karyerasını bitirməyi planlaşdırır.

Qeyd edək ki, 2022/23 mövsümündə Bonuççi bütün yarışlarda 26 oyuna çıxıb və 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0