“Atletiko”nun hücumçusu Joao Feliks komandasını dəyişmək qərarına gəlib.
Apasport.az saytı xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Portuqaliya millisinin üzvü menecerinə yeni komanda tapmağı tapşırıb. 23 yaşlı futbolçu diqqəti cəlb etmək üçün DÇ-2022-də uğurlu çıxış etməyə çalışır. Daha əvvəl Feliksin baş məşqçi Dieqo Simeone ilə mübahisə yaşadığı bildirilmişdi. Onun xidmətində “Bavariya”, PSJ, “Çelsi” və “Mançester Yunayted” kimi klublar maraqlıdıq.
Qeyd edək ki, Joao Feliks “Atletiko”ya 2019-cu ildə “Benfika”dan keçib. O, madridlilərin heyətində 129 oyunda 33 qol vurub, 18 assist edib.