Azərbaycan millisinin heyəti açıqlandı - 19 futbolçu
17.04.2023 - 14:00
Azərbaycan millisinin heyəti açıqlandı - 19 futbolçu

Minifutbol üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, heyəti Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Millinin baş məşqçisi Elşad Quliyev yığmaya 19 futbolçu dəvət edib. Bu oyunçular mayın 1-dən 6-dək Bakıda Ulu öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan beynəlxalq turnirdə millinin şərəfini qoruyacaq.

Qeyd edək ki, yığmamızın yer aldığı A qrupunda Çexiya, Serbiya, Gürcüstan və İtaliya futbolçuları mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0