“Mançester Siti” Çempionlar Liqası çempionu
11.06.2023 - 00:58
“Mançester Siti”  Çempionlar Liqası çempionu

UEFA Çempionlar Liqasının qalibi bəlli olub.

Apasport.az saytı xəbər verir ki, “Mançester Siti” tarixində ilk dəfə turnirin qalibi olub.

Rodri finalın taleyini həll edən qolu vurub. “Şəhərlilər” gərgin mübarizə şəraitində keçən qarşılaşmada çətin qələbə qazanıblar. Yeganə qol 68-ci dəqiqədə qeydə alınıb.

İngiltərə çempionu və kubokunu qazanan "Mançester Siti" Avropa kuboklarında da uğur qazanıb. Nəticədə komanda trebl edərək, "Mançester Siti"nin 1999-cu ildəki uğurunu təkrarlayıb.

Qeyd edək ki, ”Mançester Siti” 2021-ci ildə finalda "Çelsi"yə uduzmuşdu.

Çempionlar Liqası
Final

“Mançester Siti” – “Inter” – 1:0
Qol: Rodri, 68

 

 

 

 

writer photo
Əlirza Əlirzalı
0