Berdıyev bu siyahıda 64-cüdür
05.08.2024 - 11:23
Berdıyev bu siyahıda 64-cüdür

Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb.

Rusiyalı mütəxəssisin yetirmələri “Neftçi” ilə səfər matçında bir xal qazanıb – 0:0. Onadək 63 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasına rəhbərlik edib.

Berdıyev “Turan Tovuz”un tarixinə ilk legioner baş məşqçi kimi düşüb. Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi isə Tovuzun digər təmsilçisi “Turan”a rəhbərlik edib. 2001/02 mövsümündə Naci Şensoy qərblilərin “sükanı arxası”nda olub.

writer photo
Əlirza Əlirzalı
0