İspaniyanın "Barselona" klubu La Liqanı məhkəməyə verib.
Apasport.az saytı xəbər verir ki, buna səbəb “CVC Capital Partners” şirkətinin kluba əmək haqqını 15% artırmağa icazə verməməsidir.
Kataloniyalılar hesab edir ki, bu qərar "Barselona"nın digər komandalarla bərabər səviyyədə rəqabət aparmaq imkanından məhrum edir.
Qeyd edək ki, 2021-ci ildə La Liqa və Sequndanın 38 klubu “CVC Capital Partners”la müqavilə bağlayıb. Razılaşmaya əsasən, onlar hər mövsüm şirkətdən aldığı vəsaitin 70 faizini infrastruktura xərcləməlidirlər. Digər 15 faizi borclarının ödənilməsinə, qalan 15 faizi isə klublar tərəfindən müvafiq idman komandalarının maaş həddini artırmaq üçün istifadə edilə bilər. “Real”, “Barselona”, “Atletik” və “İbiza” isə bu müqaviləyə qarşı çıxıb.