Aktrisa Culiya Roberts "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanı Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib.
Apasport.az saytı xəbər verir ki, 55 yaşlı amerikalı bu haqda sosial şəbəkələrdə paylaşım edib.
Qvardiolanı qalib olması münasibəti ilə təbrik edən aktrisa ispan mütəxəssisə gələcək işlərində uğurlar arzulayıb.
52 yaşlı mütəxəssis müsahibələrinin birində xanım aktrisanın pərəstişkarı olduğunu deyərək, onu öz kumiri adlandırıb.
Qeyd edək ki, finalda İtaliya “İnter”ini Rodrinin qolu sayəsində 1:0 hesab ilə məğlub edən “şəhərlilər” kubokun qalibi oldular.