Millimizə tanış rəqiblər: Estoniya “Top-5”də
14.10.2023 - 12:36
Millimizə tanış rəqiblər: Estoniya “Top-5”də

AVRO-2024-ün seçmə mərhələsində Estoniyanın rəqibi olan Azərbaycan yığması tarixində 10-cu dəfə bu rəqiblə görüşüb.

Apasport.az xəbər verir ki, Baltikyanı ölkə təmsilçisi 10 və daha çox oyunda üz-üzə gəldiyimiz 5-ci komandadır.

Millimizə ən tanış rəqiblərin “Top-5”nə Moldova və Qazaxıstan başçılıq edir. Yığmamız bu komandaların hərəsi ilə 12 duelə çıxıb. Özbəkistan, Slovakiya və Estoniya ilə 10 qarşılaşma baş tutub.

Qeyd edək ki, 1992-ci ildə yaranan millimiz indiyədək 292 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0