“Çelsi”də yeni təyinatlar
10.01.2023 - 12:01
“Çelsi”də yeni təyinatlar

İngiltərənin “Çelsi” klubuna yeni idman direktorları təyin edilib.

Apasport.az saytı xəbər verir ki, bu vəzifəyə Kristofer Uivel və Pol Uinstanli təyinat alıblar.

Bundan sonra komandanın transferlərini məhz onlar həyata keçirəcəklər. Uivel və Uinstanli bu vəzifəni müvəqqəti icra edən Todd Boelini əvəzləyiblər. 

Qeyd edək ki, “Çelsi”nin ortaq sahiblərindən olan Todd Boeli ötən ilin yayından bu vəzifəni icra edirdi.
 

writer photo
Əlirza Əlirzalı
0