Şahruddinli "Adana Demirspor"dan növbəti xal itkisi
21.01.2024 - 00:30
Şahruddinli "Adana Demirspor"dan növbəti xal itkisi

Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "Ankaragücü"nü qəbul edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Şahruddin də bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

21 turdan sonra 30 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0