"İnter"in məşqində dava
21.04.2023 - 00:22
"İnter"in məşqində dava

“İnter”in qapıçısı Andre Onana və yarımmüdafiəçi Marselo Brozoviç məşqdə bir-biri ilə əlbəyaxa olub.

Apasport.az xəbər verir ki, Milan təmsilçisinin futbolçuları məşq edərkən qapıçı Onana ilə komandanın yarımmüdafiəçisi Brozoviç arasında gərgin anlar yaşanıb.

Brozoviç Onananın sərt addımına hiddətlə reaksiya verib. Kamerunlu qapıçı isə xorvat oyunçunun sözlərindən sonra dönüb və ona hücum etmək istəyib. Bu zaman Romelu Lukaku və təcrübəli müdafiəçi Danilo DAmbrozio futbolçuların bir-birinə zərər yetirməsinə mane olublar.

writer photo
Əlirza Əlirzalı
0