Haland Yuveyə yaxınlaşdı
13.10.2023 - 09:09
Haland Yuveyə yaxınlaşdı

AVRO-2024-ün seçmə mərhələsinin VII turunda Kiprlə qarşılaşan Norveç yığması böyükhesablı qələbə qazanıb.

Apasport.az xəbər verir ki, 4:0 hesablı qələbəyə iki qolla töhfə verən Erlinq Haland millidəki qol sayını 27-yə çatdırıb.

27 oyunda 27 dəfə fərqlənən hücumçunun orta məhsuldarlığı 1,00-a bərabərdir. O, yığmada 26 qol vuran Eynar Qundersonu arxada qoyub və Norveç millisinin tarixinin ikinci bombardiridir. Yalnız Yorgen Yuve daha çox qola imza atıb – 33 top.

Qeyd edək ki, 6 oyunda 10 xal toplayan Norveç A qrupunda üçüncüdür.

writer photo
Əlirza Əlirzalı
0