Kəramət Hüseynov heyətdən kənar qaldı - SƏBƏB
31.01.2023 - 14:16
Kəramət Hüseynov heyətdən kənar qaldı - SƏBƏB

Fevralda 4-5-də Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin heyətində dəyişiklik olub. 

Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 60 kq çəki dərəcəsində çıxış etməli olan Kəramət Hüseynov zədələndiyi üçün milli yığmanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.

Onun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

writer photo
Əlirza Əlirzalı
0