Salah Səudiyyə Ərəbistanında müqavilə imzalayıb
28.02.2024 - 17:36
Salah Səudiyyə Ərəbistanında müqavilə imzalayıb

"Liverpul"un hücumçusu Məhəmməd Salah növbəti mövsüm Səudiyyə Ərəbistanında çıxış edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Misirin məşhur futbolçusu Mido sosial mediada məlumat verib.

Onun sözlərinə görə, 31 yaşlı futbolçu hətta müqavilə imzalayıb.

2023/2024 mövsümündə Salah "Liverpul"un heyətində 28 oyun keçirib. Misirli 19 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.


 

writer photo
Əlirza Əlirzalı
0