“Lids” Rafinyanı “Arsenal”a buraxmadı
22.06.2022 - 11:49
“Lids” “Arsenal”ın Rafinya ilə bağlı təklifini rədd edib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi braziliyalı vingeri satmağa razı olmayıb.
London klubu cənubi amerikalı üçün “Lids”in tələb etdiyi 60 milyon avrodan az məbləğ ödəmək istəyib. Bu üzdən də komandası Rafinyanı buraxmayıb. Hətta “Lids” rəhbərliyi onun qiymətini də 75 milyon avroya qaldırıb. Futbolçunun özü isə “Barselona”ya keçmək arzusundadır.
Qeyd edək ki, Rafinya ilə “Lids”in müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
0
0