“İnter” Kontedən sonra ilk dəfə A Seriyasında ardıcıl 9 qələbə qazanıb
05.03.2024 - 10:17
“İnter” Kontedən sonra ilk dəfə A Seriyasında ardıcıl 9 qələbə qazanıb

"İnter" öz meydanında "Cenoa"ya qalib gələrək (2:1) çempionatdakı qələbə seriyasını artırıb.

Apaspirt.az xəbər verir ki, "İnter" üçün bu, A Seriyasında qazanılan ardıcıl doqquzuncu matçdır. 

Bu, indiki "sükançı" Simone İnzaqinin rəhbərliyi altında ilk dəfə baş verib. 

Daha öncə komanda 2021-ci ilin əvvəlində ardıcıl 9 qələbəlik rekorda imza atmışdı. 

Antonio Kontenin dövründə bu seriya 11 matç davam edib.

Bu qələbədən sonra “İnter”in “Yuventus” üzərində xal fərqi 15-ə yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0