Aleks Tellesə üç müştəri
01.08.2022 - 13:23
Aleks Tellesə üç müştəri

“Mançester Yunayted”in futbolçusu Aleks Telles klubdan ayrılmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi üç komandadan təklif alıb.

Telles müştəriləri arasında seçim etməlidir. Onu heyətinə qatmağa ən real namizəd “Sevilya”dır.

Braziliyalının keçidi klublar arasında danışıqlardan asılıdır. Əgər mançesterlilər onun maaşının bir hissəsini ödəməyə razılaşsa, qarşıdakı mövsümdə “Sevilya”da çıxış edəcək.

Qeyd edək ki, Telles ötən mövsümün 21 oyununda 4 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0