"Qalatasaray" Ndombeleyə elçi düşdü
04.08.2023 - 18:39
"Qalatasaray" daha bir futbolçu ilə güclənə bilər.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu "Tottenhem"in yarımmüdafiəçisi Tanqi Ndombeleyə elçi düşüb.
26 yaşlı futbolçunun oyununu bəyənən “cim-bom”un baş məşqçisi Okan Buruk rəhbərlikdən fransızın transfer olunmasını istəyib. Danışıqlara start verən türklər yaxın günlərdə keçidi həll edəcəklərinə inanırlar.
Qeyd edək ki, peşəkar karyerası ərzində 277 matça çıxan Ndombele 19 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0