“Sumqayıt” əcnəbisini itirdi
28.10.2022 - 15:23
“Sumqayıt” əcnəbisini itirdi

“Sumqayıt” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin yarımmüdafiəçisi Alya Ture zədələnib.

Qvineyalı oyunçu Misli Premyer Liqasının XII turunda “Turan Tovuz”la səfər qarşılaşmasında sıradan çıxıb. Matçın əvvəllərində ayağından xəsarət alan Ture 20-ci dəqiqədə əvəzlənməli olub. Onun yerinə Rüfət Abdullazadə meydana daxil olub.

Qeyd edək ki, hazırda ilk hissəsi gedən “Turan Tovuz” - “Sumqayıt” qarşılaşmasında hesab açılmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0