Döyülən hakim meydanlara döndü
12.01.2024 - 13:42
Döyülən hakim meydanlara döndü

Türkiyə Super Liqasının 15-ci həftəsində baş tutan "Ankaragücü" - "Rizespor" (1:1) matçından sonra paytaxt klubunun prezidenti Faruk Koca tərəfindən hücuma məruz qalan türkiyəli hakim Halil Umut Meler meydanlara geri dönür. 

Apasport.az  Türkiyə Futbol Federasiyasına istinadla xəbər verir ki, Meler Superliqanın 20-ci həftəsində keçiriləcək görüşə təyinat alıb.

O, 14 yanvar bazar günü oynanacaq "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək. 

Qeyd edək ki, 37 yaşlı hakim yaşanan qalmaqaldan sonra karyerasını bitirəcəyini açıqlamışdı. 

writer photo
Əlirza Əlirzalı
0