“Atletik”in baş məşqçi postuna iki namizəd
22.06.2022 - 23:12
“Atletik”in baş məşqçi postuna iki namizəd

“Atletik”in baş məşqçi postuna namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubunu Marselo Byelsa və ya Ernesto Valverde çalışdıracaq.

Klubun seçimi qarşıdakı prezident seçkilərinin nəticəsindən asılı olacaq. Hər iki mütəxəssis əvvəllər də “Atletik”ə rəhbərlik edib.

Prezident postuna üç namizədin hansı baş məşqçiyə üstünlük verməsi də bəllidir. Bu vəzifəyə Jon Uriarte və ya Rikardo Barkala seçilsə, Valverde ilə danışıqlar aparılacaq. Byelsanın namizədliyini isə İnyaki Areçabaleta dəstəkləyir.

Qeyd edək ki, ötən mövsüm başa çatdıqdan sonra Marselino Qarsia baş məşqçi postundan ayrılıb.
 

writer photo
Əlirza Əlirzalı
0