“Barselona”nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsinin püşkü ilə bağlı arzularını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, polşalı hücumçu bunadək uzun müddət çıxış etdiyi “Bavariya” ilə rəqib olmaq istəmir.
Robert qrup mərhələsinin bunun üçün tez olduğu qənaətindədir: “Mən Çempionlar Liqasının qrup mərhələsində “Bavariya” ilə qarşılaşmaq istəməzdim. Bu, qrup mərhələsində baş verməməlidir. Hələ çox tezdir. Mənim üçün qəribə hiss olardı. Mənim arzum: xahiş edirəm ki, təkcə “Bavariya” olan şar çıxmasın”.
Qeyd edək ki, bu yay “Barselona”ya keçən hücumçu 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.