“Frayburq” – “Qarabağ” matçı EKSPERT GÖZÜNDƏ
08.09.2022 - 13:25
“Frayburq” – “Qarabağ” matçı EKSPERT GÖZÜNDƏ

Bu gün Avropa Liqasında qrup mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Frayburq”un qonağı olacaq.

Tanınmış futbol eksperti Alvin Almazov bu görüşə proqnoz verib. O, proqnozsevərlərə hansı varianta mərc etməyi məsləhət görüb:

I turun oyununa Almaniya klubu üçün avrokuboklarda ilk ciddi sınaq demək olar. Bu da əlavə məsuliyyət, onun gətirdiyi həyəcan deməkdir. “Qartallar” bu duelə Bundesliqanın lideri kimi çıxacaq. 5 turdan sonra komanda “Bavariya” və Dortmund “Borussiya”sını arxada qoyur. Düzdür, sonuncuları yalnız top fərqində qabaqlayır. Amma bu da məntiqi dəyişmir. “Frayburq” mövsümün əvvəlində çox yaxşı təsir bağışlayır.

Əlbəttə, almaniyalılar bu qarşılaşmada favoritdir. Amma bukmekerlərin hesab etdiyi qədər aşkar favoritdirmi? “Qarabağ”ın avrokubok təcrübəsi xeyli çoxdur. Azərbaycan klubu elə cari mövsüm iki oyunluq duellərin vacib hissələrində də özünü yaxşı göstərib.

“Frayburq”un oyunçu seçimi daha səviyyəlidir. Amma azərbaycanlılar ilk dəqiqələrdən əks-hücum taktikası seçəcək. Onlar qol buraxmamaq üçün topun önünə də uzanmağa çalışacaq. Ön xətdə isə qaçacaq biriləri var.

İstisna deyil ki, “Frayburq” ən azı bir dəfə öz qapısı önündə səhv edəcək. Bunun əvəzini üç qolla çıxmaq isə mümkün deyil. Hətta qonaqlar heç-heçədən də möhkəm tuta bilər. Baxmayaraq ki, onlar anderdoq statusu ilə oyuna çıxacaq. Bu üzdən “Frayburq”un iki və ya daha çox top fərqi ilə qalib gəlməyəcəyini düşünürəm. Bu variantın əmsalı isə 1,74-ə bərabərdir.

Proqnozum: Fora2 (+1,5)
 

writer photo
Əlirza Əlirzalı
0