Zlatko Daliç “Ayaks”ın təklifini rədd etdi
28.01.2023 - 11:53
Zlatko Daliç “Ayaks”ın təklifini rədd etdi

“Ayaks”ın baş məşqçi postuna namizəd olan mütəxəssislərdən biri  müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Niderland klubu Zlatko Daliçin xidmətində maraqlı olub.

Xorvatiya yığmasının baş məşqçisinə təklif göndərilib. Lakin Daliç bu təklifi rədd edib. Ümumilikdə üç mütəxəssis “Ayaks”da işləmək variantından boyun qaçırıb.

Qeyd edək ki, Daliç 2017-ci ildən yığmada çalışır.
 

writer photo
Əlirza Əlirzalı
0