Premyer Liqa klubu mərakeşli hücumçuya elçi düşdü
03.01.2023 - 16:13
Mərakeş millisinin və “Sevilya”nın futbolçusu Yussef En-Nasiri karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücumçu “Vest Hem”in hədəfinə düşüb.
La Liqa təmsilçisi forvardı satmağın əleyhinə deyil. Sevilyanın eyniadlı klubu 25 yaşlı hücumçunun məhsuldarlığının aşağı olmasından narazıdır. O, mövsümün 16 matçında cəmi 2 qol vurub.
Qeyd edək ki, Yussef 2020-ci ilin yanvarından “Sevilya”da çıxış edir.
0
0