Adil Şükürov: "Bu il də hədəfimiz Premyer Liqada qalmaqdır"
03.08.2024 - 23:18
Adil Şükürov: "Bu il də hədəfimiz Premyer Liqada qalmaqdır"

Misli Premyer Liqasının ikinci oyun günündə "Sumqayıt" evdə "Kəpəz"dən üstün olub.

Apasport.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb:

- Yeni komanda qururuq. Bizim üçün vaxt lazım olacaq. Bilirik ki, vaxtımız yoxdur. Hər şeyi daha sürətli etməliyik. Qarşıda bizi uzun marafon gözləyir. İnanıram ki, komanda daha baxımlı futbol oynayacaq.

- Komandanız yenə autsayder hesab olunur. Çətin olmayacaq?

- Bizi ən çox narahat edən odur ki, yenidən komanda formalaşdırırıq. Digərləri formalaşmış komandanı gücləndirir. Futbolçuların çempionata uyğunlaşması bir az vaxt alır. Təəssüflər olsun ki, bu il də hədəfimiz Premyer Liqada qalmaqdır.

- Yeni transferlər gözlənilir?

- Danışıqlar apardığımız futbolçular var. Transferlərə ehtiyacımız var. Rəhbərliklə bu barədə danışmışıq.

writer photo
Əlirza Əlirzalı
0