DÇ-2022-də oynadı, İngiltərə klubuna keçdi
06.12.2022 - 11:40
DÇ-2022-də oynadı, İngiltərə klubuna keçdi

Kanada millisinin futbolçusu İsmael Kone karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, “Monreal”ın yarımmüdafiəçisi “Uotford”a keçib.

20 yaşlı kanadalı ilə 4,5 illik müqavilə imzalanıb. O, 2023-cü il yanvarın 1-dən İngiltərə klubunun üzvü olacaq.

Kone cari mövsüm klubunda 32 matç keçirib. Onun hesabına 4 qol və 5 assist var.

Qeyd edək ki, yarımmüdafiəçi Qətərdəki DÇ-2022-də üç oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0