26 yaşında 11-ci çempion titulu
27.05.2023 - 23:17
“Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman maraqlı göstəriciyə imza atıb.
Apasport.az-ən məlumatına görə, o, karyerası ərzində bütün mövsümləri çempion titulu ilə başa vurub.
2015/16 mövsümündən “Bavariya”nın heyətində çıxış edən Fransa yığmasının üzvü 8-ci dəfə Bundesliqanın qalibi olub. Buna kimi, Koman bir dəfə “Yuventus”, iki dəfə isə PSJ-nin heyətində mövsümü çempion başa vurub. 26 yaşlı futbolçunun hesabında 11 ölkə çempionu titulu var.
Qeyd edək ki, başa çatan Almaniya çempionatında Koman 24 oyunda 8 qol vurub.
0
0