Bukmeker kontorlarında daha bir böyük əmsallı uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər üç oyuna mərc edib.
O, hər üç matçda dəqiq hesaba üstünlük verib. Better bütün görüşlərin heç-heçə bitməsini proqnozlaşdırıb.
“Böyük beşlik” liqalarına üstünlük verən müştəri üç qarşılaşmada da 2:2 hesabını təxmin edib. Bütün oyunlarda tərəflərdən biri favorit sayıldığı üçün heç-heçə əmsalları yetərincə yüksək olub. “Liverpul”la “İnter”in sensasiyalı xal itkilərinə mərc etmək kifayət qədər ağlasığmaz variant sayılır.
Nəticədə better üç matçda inanılmaz 7776 əmsal toplayıb. O, buna cəmi 20 rubl (49 qəpik) yatırıb. Bütün təxminləri dəqiq çıxan proqnozsevər 155 min 520 rubl (3 min 794,69 manat) uduşa sahib çıxıb.