Messi qanunsuz tikilidə - evinin bir hissəsi sökülə bilər
06.09.2022 - 10:31
Messi qanunsuz tikilidə - evinin bir hissəsi sökülə bilər

Lionel Messi gözlənilməz problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin argentinalı ulduzu İbitsadakı malikanəsinin bir hissəsini sökmək təhlükəsi ilə üz-üzə qalıb.

Cənubi amerikalı 16 min kvadrat metr sahəyə əmlakı 11 milyon avroya alsa da, ciddi problem yaranıb. Onun malikanəsinin bir hissəsinin tikilməsi üçün lisenziyanın olmadığı bəlli olub.

Əmlakın əvvəlki sahibləri evi qanunsuz şəkildə böyüdüb. Sonradan tikilən bu iki otağın heç bir sənədi yoxdur.

Başı vacib oyunlara qarışan Messi məsələnin həllini vəkillərinə tapşırıb. Onlar qanunsuz tikililərin sənədlərini qaydasına salmağa cəhd edəcək. Amma bunun mümkünlüyü inandırıcı hesab olunmur və sonradan tikilən hissənin söküləcəyi gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0