Zverev 450 min avro cərimələnib
07.11.2023 - 00:49
Zverev 450 min avro cərimələnib

Almaniyalı tennisçi Aleksandr Zverev sabiq qız rəfiqəsi Brenda Pateaya qarşı zorakılıqla bağlı məhkəmə qərarına reaksiya verib. 

Apasport.az xəbər verir ki, tennisçi apellyasiya verəcəyini bildirib:

“Qərardan apellyasiya şikayəti edəcəm. Tam yalandır. Normal IQ qabiliyyətinin heç olmasa, yarısına malik olan istənilən şəxsə nələrin baş verdiyi aydındı. Bundan artıq heç bir şərh verməyəcəm, çünki prosedurlara əməl etmək lazımdır”.

Oktyabrın 31-də Berlin Prokurorluğu tennisçiyə Pateaya qarşı zorakılıq etməsi ilə bağlı ittiham irəli sürüb. Berlin Məhkəməsi isə idmançını 450 min avro cərimələyib. Zverev iyulda da bu ittihamı rədd etmişdi. 2021-ci ilin martında bu cütlüyün ailəsində Mayla adlı qız dünyaya gəlib.

Qeyd edək ki, məşhur tennisçi yaydan bəri model və aktrisa Sofiya Tomalla ilə görüşür. Zverevi 2020-ci ildə sabiq qız dostu Olqa Şarıpova da eyni hərəkətlə bağlı ittiham etmişdi.

writer photo
Əlirza Əlirzalı
0