Atletimiz beynəlxalq turnirdə yarışacaq
20.01.2024 - 09:58
Atletimiz beynəlxalq turnirdə yarışacaq

Azərbaycanlı atlet Nazim Babayev Dünya Atletikasının bürünc səviyyəli "Yablonets qış turniri"ndə iştirak edəcək.

Apasport.az xəbər verir ki, atletimiz uzunluğa tullanma növü üzrə yarışacaq. 

Bu gün Çexiyanın Yablonets nad Nisou şəhərində keçiriləcək turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, yarış Bakı vaxtı ilə saat 19:00 başlayacaq.

 

writer photo
Əlirza Əlirzalı
0