Türkiyə nəhəngi “Qalatasaray” “Qarabağ”ın futbolçusu Toral Bayramovu izləməkdə davam edir.
Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.
Bildirilib ki, “cim-bom”un idarə heyətinin üzvü Ural Aküzüm 21 yaşlı müdafiəçinin keçidində maraqlıdır. Əslən Azərbaycandan olan Aküzüm hesab edir ki, milli komandamızın üzvü müdafiənin sol cinahında Patrik van Anholt və Kazımcan Karataşla rəqabət apara biləcək potensialdadır.
Hətta Ural Aküzümün “Qarabağ” rəhbərliyi və baş məşqçisi Qurban Qurbanovla yaxşı münasibətdə olduğu da vurğulanıb.
Qeyd edək ki, Toral Bayramovun “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.