"Sumqayıt" Türkiyə klubunu məğlub edib
12.07.2024 - 23:14
"Sumqayıt" Türkiyə klubunu məğlub edib

Yeni mövsümə hazırlıqların 2-ci mərhələsini Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə 1-ci liqası təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gəlib.

Komanda 35-ci dəqiqədə Cordan Rezabalanın matçda vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0