Kerem Aktürkoğlu Rusiyaya yollana bilər
07.08.2024 - 18:42
Kerem Aktürkoğlu Rusiyaya yollana bilər

Türkiyə superkuboku matçından sonra "Qalatasaray"ın üzvü Kerem Aktürkoğlunun məşqçilərlə sərt mübahisə etdiyini xəbər vermişdik.

Apasport.az xəbər verir ki, Keremin meneceri Rusiyanın "Spartak Moskva" klubu ilə danışıqlar aparır. 

Bu barədə məlumatı insayder Yağız Sabuncuoğlu yayıb. Onun sözlərinə görə, "Qalatasaray" rusların təklifini qəbul edib, son qərar Keremin olacaq.

Xatırladaq ki, yaşanan mübahisədən sonra futbolçunun meneceri Cenk Melih Yazıcı klub rəsmisi İbrahim Hatipoğlu ilə görüşmüş və futbolçunun gələcəyi ilə bağlı müzakirələr aparmışdı.

writer photo
Əlirza Əlirzalı
0