Frank De Bur Ərəbistandan qovuldu
13.12.2023 - 18:31
Frank De Bur Ərəbistandan qovuldu

“Əl-Cəzirə” Frank De Burla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, Birləşmiş Ərəb əmirlikləri (BƏƏ) klubundan verilən açıqlamada uğursuz nəticələrdən sonra istefaya göndərilib.

53 yaşlı niderlandlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edən ərəb klubu yeni baş məşqçi axtarışına çıxıb. Klub rəhbərliyi komandanı yenidən tanınmış birinə əmanət etmək arzusundadır.

Qeyd edək ki, “Əl-Cəzirə” ilə 14 matça çıxan De Bur bu qarşılaşmalarda 6 qələbə və 3 heç-heçəyə nail olub. 5 görüşdə məğlub olan komanda hazırda turnir cədvəlinin 7-ci sırasında yer alır. 

writer photo
Əlirza Əlirzalı
0