“Beşiktaş”ın yeni rəhbərliyinin Rıza Çalımbay və Vinsent Abubakarla bağlı qərarı açıqlanıb.
Apasport.az xəbər verir ki, əvvəl mövsümün sonuna kimi Rıza Çalımbayla davam etməyi planlaşdıran klub prezidenti Hasan Arat sonradan yeni məşqçi məsələsini dəyərləndirəcək.
Heç bir zədəsi olmamasına baxmayaraq "Fənərbaxça" ilə derbidə əsas heyətdə olmayan Abubakar bu vacib matçda zəif çıxış edib. Rəhbərlik indi təkcə texniki komandanın deyil, həm də komanda yoldaşlarının performansından narazı qaldığı Abubakarın yanvarda satılmasını planlaşdırır.
Qeyd edək ki, Hansi Fliklə görüşən Hasan Arat alman məşqçini siyahının ilk sırasında saxlayıb. Yerli namizədlərə gəlincə, Sərgən Yalçın bir nömrəli namizəddir.