Cüdoçularımız ABŞ-də keçiriləcək dünya çempionatına hazırlaşırlar
01.11.2024 - 17:17
Cüdoçularımız ABŞ-də keçiriləcək dünya çempionatına hazırlaşırlar

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində kata üzrə təlim-məşq toplanışı keçirilib.

Apasport.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycan kata milli yığma komandasının üzvləri və 18 yaşadək yeniyetmələr arasında ölkə birinciliyində ilk yerləri tutmuş cüdoçular iştirak ediblər.

Bu təlim-məşq toplanışı yeniyetmə cüdoçuların qatıldığı ilk belə tədbir olub. Təlim-məşq toplanışının məqsədi 9-10 noyabr tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək kata üzrə dünya çempionatına hazırlıqdır.

Təlim-məşq prosesi idmançılarımızın texniki bacarıqlarını artırmağa və beynəlxalq arenada uğur qazanmaq üçün vacib təcrübə toplamağa yönəlib.

writer photo
Əlirza Əlirzalı
0