"Brayton"dan icarəyə getdi
07.09.2023 - 14:23
"Brayton" daha bir futbolçusunu icarəyə verib.
Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Stiven Alzate mövsümün sonunadək Belçikanın "Standard" klubunda çıxış edəcək.
24 yaşlı kolumbiyalı futbolçu artıq yeni komandası ilə məşqlərə başlayıb. Ötən mövsüm də “Lyej” klubunda icarə əsasında çıxış edən Alzate 29 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, yeni mövsümə uğursuz start verən “Standart” 6 matçda 3 heç-heçə edib.
0
0