"Çelsi"də Poçettinonun yerinə iki əsas namizəd var
05.03.2024 - 13:59
"Çelsi"də Poçettinonun yerinə iki əsas namizəd var

“Çelsi” baş məşqçisi Maurisio Poçettinonu əvəz edə biləcək namizədləri nəzərdən keçirir. 

Apasport.az xəbər verir ki, “təqaüdçülər”in maraq dairəsinə 2 mütəxəssis daxildir.

Biri “Sportinq”ə rəhbərlik edən Ruben Amorim, digəri isə “Brayton”un baş məşqçisi Roberto de Zerbidir. 

Xatırladaq ki, Poçettino ötən ilin yayında "Çelsi"nin baş məşqçisi postuna  keçib. Tərəflər arasındakı müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır. 

Qeyd edək ki, son dövrlər mətbatda London klubunun argentinalı çalışdırıcı ilə yollarını ayıracağı barədə xəbərlər yayılıb. 

writer photo
Əlirza Əlirzalı
0