"Srvena Zvezda" ardıcıl 7-ci dəfə çempion oldu
03.05.2024 - 14:18
"Srvena Zvezda" ardıcıl 7-ci dəfə çempion oldu

"Srvena Zvezda" Serbiya çempionatının 33-cü turunda evdə "Baçka Topola"nı məğlub edib - 2:1.

Sportlife.az xəbər verir ki, Belqrad klubu 84 xal toplayaraq çempionatın başa çatmasına 4 tur qalmış turnirin qalibi olub. İkinci pillədə qərarlaşan “Partizan” ardıcıl dörd görüşdə məğlub olaraq 70 xal toplayıb.

Qeyd edək ki, lider ardıcıl 7-ci dəfə Serbiya çempionluğunu qazanıb. Növbəti mövsümdə komanda Çempionlar Liqasında iştirak edəcək.

writer photo
Əlirza Əlirzalı
0